AZ

ABŞ Çinə etan ixracına qoyulan məhdudiyyətləri qaldırıb

ABŞ hökuməti plastik istehsalında istifadə edilən etan qazının Çinə ixracına qoyulan məhdudiyyətləri aradan qaldırıb və ABŞ şirkətləri Çinə etan yükləmək üçün Ticarət Nazirliyindən icazə alıblar. Bu barədə məlumatı “Reuters” yayıb.

Agentliyin məlumatına görə, etanın Çində boşaldılması üçün hələ də əlavə hökumət icazəsi tələb olunur.

ABŞ iyun ayında etan ixracına lisenziya məhdudiyyətləri tətbiq etmişdi, lakin bu məhdudiyyətlərin ləğvi Vaşinqton və Pekin arasında ticarət əlaqələrinin yaxşılaşmasına işarə edir.

Hazırda ABŞ-dən Çinə gedən azı səkkiz etan tankeri Meksika körfəzində yola düşüb. ABŞ-nin etan ixracının təxminən yarısı Çinə yönəlib.

N.Təbrizli

Seçilən
4
3
anews.az

10Mənbələr