AZ

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə nəticəsində yaralanan şəxslər 1986-ci il təvəllüdlü Aidə Hüseynova, 2006-ci il təvəllüdlü Ayaz Hüseynov və 2011-ci il təvəllüdlü Nuray Hüseynovadır.


***
20:24

Cəlilabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt–Astara magistralında Cəlilabad rayonu ərazisində baş verib.

Astara istiqamətində hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarına aşıb.

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
50
apa.az

10Mənbələr