Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, ümumi ticarət dövriyyəsində Rusiyanın Azərbaycandan olan qazancı və asılılığı daha çoxdur, nəinki bizim Rusiyadan qazancımız:
“Məsələn, bu ilin ilk 5 ayı ərzində bizim hər 100 dollarlıq ticarət dövriyyəmizin 20 dollarını biz satmışıq, 80 dollarını isə Rusiya bizə satıb. Yəni onlar bizdən daha çox divident götürürlər.
Rusiya bazarlarına qeyri-neft ixracımız çoxdur. Ötən il 3,4 milyardlıq ümumi qeyri-neft ixracımız olub, bunun 790 milyonu aqrar məhsullardır”.
İqtisadçı bildirib ki, söhbət Rusiyanın bizi təhdid etdiyi pomidordan gedirsə, bunun ciddi bir problem yaradacağını düşünmür:
“Onsuz da biz bu asılılığı aradan qaldırmalıyıq. Alternativ ölkələr, bazarlar var. Düzdür, o bazarlar asan deyil. Rusiyanın sərfəli olmasının səbəbi asan olmasıdır — logistik baxımdan da, keyfiyyət baxımından da asandır. Bəzi bazarlar var ki, aşağı keyfiyyəti də qəbul edir, amma uzaqdadır. Bəziləri yaxın olsa da, yüksək keyfiyyət tələb edir.
Şərqi Avropa ölkələri var, Körfəz ölkələri var. Pilot proqramlar çərçivəsində bu bazarlarla işləyə bilərik, bazar payımızı genişləndirə bilərik. Başqa bir yol yoxdur. Mütləq şəkildə pilot proqramlar hazırlanmalı, bu ölkələr üzrə konkret addımlar atılmalıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az
10Mənbələr
-
demokrat.azDeputat: “Rusiyanın Azərbaycandan olan asılılığı daha çoxdur” ( 18960025)
-
demokrat.azDeputat: “Rusiyanın Azərbaycandan olan asılılığı daha çoxdur” ( 18959950)
-
olaylar.azRusiyanın savaşda ciddi əsgər çatışmazlığı ilə üzləşdiyi ortaya çıxdı ( 18953623)
-
referans.azXamenei ilə bağlı iddia qarışıqlıq yaratdı – İki məqsəd var ( 18935335)
-
demokrat.az“Azərbaycan dili bölmələrinin təhsil göstəriciləri rus dili bölmələrindən daha yüksəkdir” AÇIQLAMA ( 18913036)
-
demokrat.az“Azərbaycan dili bölmələrinin təhsil göstəriciləri rus dili bölmələrindən daha yüksəkdir” — AÇIQLAMA ( 18913027)
-
avtosfer.azQazaxıstandan dəmir yolu ilə Azərbaycana göndərilən taxılın həcmi açıqlanıb ( 18912499)
-
demokrat.azDeputat: “Rusiya Qafqazda öz nüfuzunu itirib” ( 18911998)
-
demokrat.azDeputat: “Rusiya Qafqazda öz nüfuzunu itirib” ( 18911953)
-
demokrat.azDeputat: “OMON çular azərbaycanlılara qarşı çox qəddar, vəhşi hərəkətlərə yol verdilər” ( 18906331)