AZ

Deputat: “OMON çular azərbaycanlılara qarşı çox qəddar, vəhşi hərəkətlərə yol verdilər”

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

“Mən hesab edirəm ki, Rusiya bugünkü reallığı tam qəbul etməlidir. Xüsusən, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfəri həzm etməlidir və dostluq, qonşuluq siyasətini rəhbər tutmalıdır. Rusiya bizim bu tələblərimizi qəbul edəcək, çünki başqa çıxış yolu yoxdur. Bu məsələlərin tez bir zamanda həll edilməsinin yolunu Azərbaycan artıq Rusiyaya deyib, Rusiya da o addımları atmalıdır – cinayətkarlar cəzalandırılmalıdır”.Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, iki ölkə arasında gərginliyi məhz Rusiya yaradıb:“AZAL-a məxsus təyyarə Qroznı üzərində vuruldu, xeyli insan həyatını itirdi. Ona görə Azərbaycan beynəlxalq hüquq çərçivəsində Rusiyadan üzr istəməsini, kompensasiya ödənilməsini, günahkarların cəzalandırılmasını tələb etdi. Lakin Rusiya bu günə qədər Azərbaycanın haqlı tələbinə biganə qalıb.Sonrakı mərhələdə isə Rusiya mediasında Azərbaycana qarşı qərəzli fikirlər səsləndirildi, böhtanlar yayımlandı. Bu günlərdə isə Yekaterinburqda OMON-çular azərbaycanlılara qarşı çox qəddar, vəhşi hərəkətlərə yol verdilər. Bununla da biz görürük ki, artıq Rusiyada azərbaycanlılara qarşı bu kimi hallar sistemli hal alır”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
50
demokrat.az

10Mənbələr