Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə yeni Ələt–Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkət edən “Toyota Corolla” markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı mühafizə səddini aşaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta