AZ

Cəlilabadda yol qəzası oldu, xəsarət alanlar var

Cəlilabad rayonunda baş verən yol-nəqliyyat qəzasında 3 nəfər xəsarət alıb.

Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt–Astara yolunun Cəlilabad rayonuna giriş hissəsində qeydə alınıb.

Belə ki, “Toyota Corolla” markalı avtomobilin sürücüsü idarəetməni qəfil itirib. Nəticədə avtomobil yol kənarındakı mühafizə səddini aşaraq yolun kənarına aşıb.

Son Yazılar:

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb və rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
5
21
viral.az

10Mənbələr