"Dan Treyd" Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol yazılıb.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Məhkəmənin qərarı ilə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq olunub.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "Dan Treyd" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Antonina Temel Fyodorovnadır.
Sabiq İsbəndərli