Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibi yenilənəcək.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki, yaxud məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.
İclasda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət verilməsi də təklif edilib.
Müzakirələr zamanı İnformasiya agentliklərinə dair yeni tələblər də I oxunuşda qəbul edilib. Yeni qaydalara əsasən, informasiya agentliyinin azı 20 media subyekti ilə müqaviləsi olmalı, azı 5 xarici ölkədə jurnalisti akkreditasiyadan keçməlidir.
İclasda Media Reyestrində olmayan çap mediası subyektlərinin 5 min manatadək cərimələnməsi I oxunuşda qəbul edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.