AZ

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasını toplayıb. 

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV yayıb. 

Rusiya lideri şuranın daimi üzvləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəni müzakirə edib.

"Hüquq-mühafizə orqanlarının fəaliyyətinin mühüm istiqamətlərindən biri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədir. Gəlin bu gün bu işin necə getdiyini, əlavə olaraq nələrin görülməli olduğunu - bu sahədə baş verənlərin və strategiyanın icrası çərçivəsində görülən işləri təhlil edək", - o deyib.

Dövlət başçısı xatırladıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində strategiya qəbul edilib və 2030-cu ilə qədər qüvvədədir.

İclasda Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Prezidentin köməkçisi Nikolay Patruşev və digərləri iştirak edib. 

Ağarza Elçinoğlu

Seçilən
17
43
unikal.az

10Mənbələr