AZ

"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi

style='margin-bottom:10px;'>

“Real” rəhbərliyi futbolçuların qarşısına hazırda keçirilən klublararası dünya çempionatını qazanmaq vəzifəsi qoyub.

QOL.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Madrid təmsilçisi bu turniri strateji yarış kimi qiymətləndirir və qələbə halında hər bir oyunçuya 1 milyon avro mükafat vəd edib. 

Bildirilir ki, bu, “kral klubu” rəhbərliyinin qısa müddətli turnir üçün təklif etdiyi ən yüksək mükafat məbləğidir. “Real” rəhbərliyi klublararası dünya çempionatını Çempionlar Liqasına bərabər səviyyəli turnir hesab edir.

Qeyd edək ki, hazırda Madrid klubu yarışın 1/4 final mərhələsinə yüksəlib və iyulun 5-də Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Seçilən
8
50
teleqraf.com

10Mənbələr