AZ

Bakıda küləyin sürəti saniyədə 23 metrə çatır FAKTİKİ HAVA

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Milli Hidrometeorologiya Xidmətinin iyulun 4-ü saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli hava şəraiti davam edir.

SİA-xəbər verir ki, xidmətdən verilən məlumata görə,

hazırda şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə arabir Bakıda və Abşeron yarımadasında 23, Culfada 22, Neftçala və Gəncədə 20, Goranboyda 19, Naftalanda 18, Şirvanda 16 metrə çatır.

Bakıda və Abşeron yarımadasında 25, Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
50
sia.az

10Mənbələr