AZ

Küləkli hava şəraiti davam edir - Faktiki hava

İyulun 4-ü saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli hava şəraiti davam edir.

Bu barədə Sherg.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23, Culfada 22, Neftçala və Gəncədə 20, Goranboyda 19, Naftalanda 18, Şirvanda 16 m/s-yə çatır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25, Aran rayonlarında və Naxçıvan MR-da 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.
Seçilən
6
50
sherg.az

10Mənbələr