AZ

Nəsimi rayonunda yaşayış binasında yanğın baş verib - YENİLƏNİR

Bu gün saat 20:00 radələrində Bakı şəhərinin Nəsimi rayonu, Hüseynseyidzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları əraziyə cəlb olunublar. Yanğının səbəbi hələlik məlum deyil.

Yanğın baş verdiyi zaman binada olan sakinlər təxliyə edilib. Hadisə nəticəsində xəsarət alanlar və yanğının miqyası barədə hələlik rəsmi məlumat yoxdur.

Əlavə məlumatlar veriləcək.

Seçilən
0
40
sia.az

10Mənbələr