Atatürk Hava Limanında səhər saatlarında baş verən insident bir müddətlik təşvişə səbəb olub. Çorlu Hava Limanına uçmağa hazırlaşan TC-DOA qeydiyyat nişanlı xüsusi təyyarənin pilotu pistə doğru hərəkət etdiyi zaman kokpitdə yanğın siqnalı alıb və dərhal bu barədə hava nəzarət mərkəzinə məlumat verib.
News365.az xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Hava Xilasetmə və Yanğınla Mübarizə (ARFF) qrupları təyyarəyə operativ müdaxilə edərək vəziyyəti nəzarət altına alıblar. Araşdırmalar nəticəsində məlum olub ki, yanğın qısa müddətdə söndürülüb və hadisə zamanı xəsarət alan və ya həyatını itirən olmayıb.
Təhlükəsizlik məqsədilə müvəqqəti bağlanan pist, təyyarənin təhlükəsiz şəkildə ərazidən çıxarılmasından sonra yenidən uçuşlara açılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
News365.az