AZ

DTX nin həbs etdiyi sabiq diplomatın vəsatəti təmin olunmadı

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Modern.az Trend-ə istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Eynulla Vəliyev məhkəməyə cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatət verib.

Vəkil deyib ki, bu cinayət işində qanun pozuntularına yol verilib: “Bu pozuntularla məhkəmə cinayət işini icraata götürə bilməz. Diplomatlar nadir hallarda həbs edilir. Diplomatın ölkədə həbs edilməsi üçün bir neçə nüanslar var. Bununla bağlı Xarici İşlər Nazirliyi xüsusi qərar verməlidir”.

Vəkil, həmçinin müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.

O, qeyd edib ki, ilk vəsatəti təmin edilmədiyi təqdirdə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənsin.

Ramiz Vəliyev vəkillə razı olduğunu deyib.

Dövlət ittihamçısı bildirib ki, iş materiallarına vəkilin qeyd etdiyi bütün zəruri sənədlər daxil edilib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını və işin baxışa verilməsini xahiş edib.

Məhkəmə vəkilin vəsatətlərinin təmin edilməməsi, cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar verib.

Məhkəmə baxışı iyulun 17-nə təyin olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr 2024-cü ildə saxlanılıb.

Ona AR Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

R.Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda ittiham olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
50
modern.az

10Mənbələr