AZ

Tbilisidə səs-küylü narkotik qaçaqmalçılığı işi üzrə məhkəmə iclası KEÇİRİLDİ

Tbilisi Şəhər Məhkəməsində səs-küylü narkotik qaçaqmalçılığı işi üzrə məhkəmə iclası keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Xatırladaq ki, mayın 5-dən ailəsi tərəfindən Tailandda axtarışda olan Böyük Britaniya vətəndaşı, 18 yaşlı Bella Mey Kalli mayın 11-də Tbilisi hava limanında külli miqdarda narkotik vasitəni qanunsuz əldə etmək, saxlamaq və idxal etmək ittihamı ilə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Onun baqajından 12 kiloqram marixuana və 2 kiloqram həşiş aşkar edilib.

Son məhkəmə iclasında məlum olub ki, Bella Mey Kalli Gürcüstanda islah müəssisəsində 19 yaşı tamam olub. O, 18 həftəlik hamilədir.

Vəkilinin cəzanın 50 min lari girov müqabilində azaldılması və məhkəmə zalından azad edilməsi tələbinə baxmayaraq, Tbilisi şəhər məhkəməsinin hakimi Lela Kaliçenko iyulun 1-də Bella Meyi həbsdə saxlayıb.

Tiflis Şəhər Məhkəməsində keçirilən ilkin iclas Britaniya mediası – BBC, Mirror, Daily Mail, Times tərəfindən işıqlandırılıb.

Bella Mey özünü təqsirli bilmir. O, “cinayəti qəsdən törətdiyini” deyib:

“Mən bunu istəmirdim, təzyiq və işgəncə altında bunu etməyə məcbur oldum, sadəcə səyahətə gedirdim, sevən insanam, universitetdə oxuyuram, tələbəyəm, tibb bacısı peşəsini mənimsəmişəm. Sadəcə səfərə gedirdim və başıma pis bir şey gəldi. Bəlkə siz də nəzərə almalısınız ki, mən narkotik testindən keçdim və sistemimdə heç bir şey tapılmadı”.

Bella Meyin vəkili Malxaz Salakaya ifadə protokoluna və iş materiallarına əsaslanaraq bildirib ki, Tailanddan Gürcüstana gələn qız cinayətkar qrup tərəfindən işgəncələrə məruz qalaraq ölkəyə narkotiklə dolu çamadan gətirməyə məcbur edilib.

İyulun 10-da Tbilisi Şəhər Məhkəməsində işin mahiyyəti üzrə məhkəmə iclası başlayacaq.

Günahı sübuta yetirilərsə, Britaniya vətəndaşını 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
0
50
interpress.az

10Mənbələr