AZ

2 diş həkimi GÜLLƏLƏNDİ

Kocaelinin Kandıra rayonunda bir şəxs, atasına məxsus diş klinikasında çalışan 2 diş həkimini ayaqlarından silahla vuraraq hadisə yerindən qaçıb.

News24.az bildirir ki, hadisə Kandıra rayonunda baş verib.

Əldə edilən məlumata görə, M.M. adlı şəxs, atası M.M.-yə məxsus diş klinikasında çalışan diş həkimləri E.T. və Y.C.-yə tapança ilə atəş açıb. E.T. və Y.C. ayaqlarından yaralanıblar. Hadisədən sonra M.M. hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı dərhal təxirəsalınmaz tibbi yardım və polis əməkdaşları hadisə yerinə cəlb olunub. Yaralı həkimlərə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıblar.

Bildirilib ki, M.M.-nin qızıl dükanı da var.

Polis hadisə ilə bağlı qaçan şübhəlini yaxalamaq üçün əməliyyatlara başlayıb.

Nazlı


Seçilən
7
23
news24.az

10Mənbələr