ain.az, Sia Az portalına istinadən məlumat yayır.
İtaliyanın paytaxtı Romada yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış nəticəsində yaralananların ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yaralanan ümumilikdə 45 nəfərdən 24-ü mülki şəxs, 11-i polis əməkdaşı, biri karabinyeri, 6-sı yanğınsöndürən və 3-ü isə təcili tibbi yardım əməkdaşıdır.
Roma meri Roberto Qualtieri hadisə baş verən əraziyə baş çəkib. Ətraf ərazilərdəki binalardan ümumilikdə 50 nəfər təxliyə edilib.
Papa XIV Leo sosial media hesabındakı paylaşımında yaralılar üçün dua etdiyini bildirib. Prokurorluq hadisə ilə bağlı istintaqa başlayıb.
Qeyd edək ki, yanacaqdoldurma məntəqəsində əvvəlcə yanğın olub, əraziyə təhlükəsizlik qüvvələri, yanğınsöndürənlər və tibb işçiləri gələndən sonra güclü partlayış baş verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.