AZ

Romada güclü partlayış, yaralananlar var - Video

İtaliyanın paytaxtı Roma şəhirində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər yaralanıb. Yaralananlar arasında polis, yanğınsöndürən və tibb işçiləri də var.

Bildirilib ki, partlayış yerli vaxtla 8:15-də baş verib. Belə ki, ard-arda 2 partlayış olub. Partlayışın məktəbin yaxınlığında baş verdiyi ehtimal olunur.

Həmçinin partlayışdan sonra baş verən yanğın yaxınlıqdakı depoya keçib, partlayışdan yaranan şok dalğası isə yaxınlıqdakı binalara ziyan vurub.

Seçilən
6
22
qafqazinfo.az

10Mənbələr