AZ

Böyük Britaniyada COVID 19 un yeni ştamı yayılıb

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Böyük Britaniyada COVID-19-un yeni ştamı sürətlə yayılmağa başlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Stratus” adlanan bu ştamın XFG və XFG.3 adlı iki variantı mövcuddur.

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına görə, XFG.3 hazırda ən geniş yayılan variant hesab edilir.

Digər ştamlardan fərqli olaraq, “Stratus”un diqqətçəkən xüsusiyyəti onun özünəməxsus simptomudur. Bu ştama yoluxan insanlarda səsin batması və boğazda xırıltı müşahidə edilir.

Adıçəkilən agentliyin baş epidemioloqu Aleks Allen bildirib ki, virusların zamanla mutasiyaya uğraması və dəyişməsi normaldır. “Biz bütün COVID-19 variantlarını yaxından izləməyə davam edirik”, - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
14
sia.az

10Mənbələr