AZ

DİM sədri valideynlərin ixtisas seçiminə müdaxiləsindən danışdı

Bakı. Trend:

Valideynlər uşaqlarının ixtisas seçimində onların maraqlarınınəzərə almalıdırlar.

Trend xəbərverir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədriMəleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinalmərhələsinin tədbirində deyib.

O bildirib ki, bəzən valideynlər özlərinin reallaşdırabilmədikləri arzularını övladları üzərindən həyata keçirməyəçalışırlar:

“Uşaqlara çox təsir göstərirlər. Uşaq valideynin ixtiyarındadırdeyə biz bu məsələyə birbaşa müdaxilə edə bilmirik. Ancaqmaarifləndirmə işi aparırıq. Valideynlər uşaqlarını daha erkən –IX-X sinifdən etibarən dinləməli, onların maraqlarını öyrənməli vəixtisas seçiminə bu baxımdan yanaşmalıdırlar. Təəssüf ki, bəzivalideynlər uşaqları hərbi xidmətə getməsin və ya başqa şəhərəköçməsin deyə onların balı hara çatırsa, oraya yönləndirirlər. Buyanaşma düzgün deyil. 14-15 yaşlı yeniyetmə ilə söhbət edilməli,psixoloqun köməyi ilə maraq və qabiliyyətlərimüəyyənləşdirilməlidir”.

M.Abbaszadə qeyd edib ki, insanın psixoloji xüsusiyyətləri onunpeşə seçiminə birbaşa təsir edir:

“Hər kəsin fizioloji quruluşu fərqli olduğu kimi, psixolojiquruluşu da fərqlidir. Kimsə rəqəmlərlə və sənədlərlə işləməyixoşlayır, digəri isə insanlarla ünsiyyəti üstün tutur. İnsanlarlaişləməyi sevən birini arxiv işinə yönləndirsəniz, onun psixolojidurumu pisləşə bilər. Bu xüsusiyyətlər həm psixoloji, həm də daxiliailə mühitində formalaşan cəhətlərdir. Bunu müəyyən alətlərləölçmək və sahə seçimini buna uyğun etmək lazımdır”.

O, həmçinin, bildirib ki, bəzi hallarda ailələr qız övladlarınınyüksək nəticələrinə baxmayaraq, onların istəklərini deyil, özdüşüncələrini əsas götürürlər:

“Məsələn, qız uşağı çox yaxşı nəticə göstərir, lakin ailəsideyir ki, 650-dən çox bal toplamısansa, mütləq hüquqşünasolmalısan. Bu kimi hallara qarşı ictimai qınaq olmalıdır. Bizəlimizdən gələn qədər maarifləndirmə işləri aparırıq”.

Seçilən
0
27
az.trend.az

10Mənbələr