AZ

DİM sədri: 5 il ərzində bütün imtahanlar elektron formada keçiriləcək

"5 il ərzində bütün imtahanların elektron formada keçirilməsi nəzərdə tutulur".
Sherg.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.
Onun sözlərinə görə, bəzi imtahanlarda dələduzluq məsələləri olur.

"Elektron formaya keçəndə belə halların olmasını istəmirik. Buna görə də bu sistemə asta-asta keçirik. Kontingenti 10 mindən çox olmayan imtahanların gələn ildən etibarən tam şəkildə elektron formada keçirilməsi nəzərdə tutulur. Kontingenti 20 minə çatan imtahanlar isə hələlik kağız daşıyıcılar üzərindən təşkil olunacaq",- M.Abbaszadə qeyd edib.
Seçilən
1
50
sherg.az

10Mənbələr