“Arsenal” futbolçusu Takehiro Tomiyasu ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaponiyalı cinah müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Tomiyasu 2021-ci ildən “topçular”da çıxış edir. O, bu müddət ərzində 84 oyuna 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.