"Komo" "Seltik"in futbolçusu Nikolas Kühnlə razılaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İtaliya klubu onun keçidi üçün 19 milyon avro ödəməli olacaq. 25 yaşlı almaniyalı vingerlə şəxsi şərtlərlə bağlı razılıq əldə olunub.
Hazırda bəzi detallarla bağlı danışıqların aparılması bildirilir. Daha sonra isə müqavilə imzalanacaq.
Qeyd edək ki, Nikolas Kühn ötən mövsüm "Seltik"in heyətində 51 oyuna çıxaraq 21 qol vurub və 15 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Bizim.Media