AZ

Aeroport yolunda qaydaları pozan qadın sürücü yolu kəsdi 99 XV 908 VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, 99-XV-908 dövlət nömrə nişanlı “Audi” markalı avtomobilin sürücüsü yolun manevr və hərəkət hissəsində yerləşmə qaydalarını pozub. Belə ki, o, dönmə işığını yandırmadan sola manevr edib və  zolağa tam daxil olmayıb. Nəticədə qırıq xəttin üzəri ilə gedən sürücü sol zolaqdakı maşının yolunu kəsib. Görüntünü qeydə alan sürücü siqnal verərək qayda pozan qadına xəbərdarlıq etdiyini və bundan sonra xanım sürücünün  sağ zolağa keçdiyini bildirib. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
45
avtosfer.az

10Mənbələr