AZ

Qurtuluş 93 ün kanalizasiya problemi: Sakinlər əziyyət çəkir, qurum hələ də həll etmir VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivində quraşdırılmış kanalizasiya xətti yararsız vəziyyətdədir.

Bu barədə izləyicilərdən biri “Whatsapp” ünvanına videomaterial göndərib. Onun sözlərinə görə, qeyd olunan yaşayış massivinin arxa tərəfindəki kanalizasiya borusu zədələndiyi üçün çirkab sular yer səthinin böyük hissəsinə yayılır. Nəticədə ətrafa yayılan kəskin qoxu sakinləri narahat edir.

İzləyici mövcud problemin 2 ilə yaxın müddətdə davam etdiyini və bununla bağlı ADSEA (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) və digər orqanlara dəfələrlə müraciət olunduğunu bildirib. ADSEA cavabında mövcud kanalaziyası xəttinin heç bir qurumun balansında olmadığını və əhalinin çəkdiyini qeyd edib. Ardınca quruma yenidən ərizə göndərdiyini bildirən şikayətçi “Kanalizasiya xətti balansınızda deyilsə nə üçün abonentlərdən bu ərazidəki tullantı sullarına, istifadə edilən su kubuna görə pul alırsınız? sualını ünvanlasa da o buna heç bir cavab ala bilməyib. 

İzləyici Abşeron Rayon Sukanal İdarəsinin əməkdaşlarının əraziyə gələrək mövcud vəziyyətə baxdıqlarını, lakin xəttin təmiri üçün avadanlıqların baş idarədən verilməsini gözlədiklərini bildirərək lüzumsuz bəhanələr gətirdiklərini əlavə edib.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
50
avtosfer.az

10Mənbələr