AZ

“Assist Finance" ilk dəfə dövriyyə itkisi ilə üzləşib -100 mln. manatdan çox azalma

“Assist Finance İnvestisiya Şirkəti” ASC ilk dəfə dövriyyə itkisi ilə üzləşib. 

Valyuta.az xəbər verir ki, investisiya şirkəti sahibini dəyişib rebrendinq etdikdən sonra ilk dəfə dövriyyəsində azalma müşahidə edilib. 

Məlumata görə, şirkətin bu ilin ilk yarısında daxili birjada dövriyyəsi 1170 əqd üzrə 2,89 mlrd. manat manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 3,4% və ya 103 mln. manat azdır. 2024-cü ilin ilk yarısında investisiya şirkətinin BFB-dəki dövriyyəsi 850 əqd üzrə 2,99 mlrd. manat olub. 

Bu ilin yanvar-iyun ayları üzrə “Assist Finance”ın bir əqdinin orta dəyəri 2,5 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 30% azdır. Ötən ilin eyni dövründə bu rəqəm 3,5 mln. manat təşkil edib. 

Bu dövrdə “Assist Finance”ın dövriyyəsinin 2,2 mlrd. manatı repo əməliyyatlarının, 204,76 mln. manatı dövlət istiqrazlarının, 486,04 mln. manatı korporativ istiqrazların, 85,88 mln. manatı Mərkəzi Bankın notlarının, 12,73 mln. manatı isə səhmlərin payına düşüb. 

Xatırladaq ki, “Assist Finance Investisiya Şirkəti” ASC 2018-ci ildə qeydiyyata alınmış və təsis olunmuş “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir. 2023-cü ildə 350 min manata investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satılıb.

Seçilən
6
3
valyuta.az

10Mənbələr