AZ

13 yaşlı "ağ" haker "Microsoft"a necə kömək edir?

“Microsoft” korporasiyası informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq etdiyi, 13 yaşlı istedadlı tədqiqatçı Dilanın şirkət üçün aşkar etdiyi saysız-hesabsız boşluqlar haqqında məlumat verib. 

Valyuta.az xəbər verir ki, bu barədə “Neowin” nəşri yazır.

Dilan texnologiyalara marağını hələ kiçik yaşlarından göstərib. O, əvvəlcə “Scratch” vizual proqramlaşdırma dili ilə tanış olub, daha sonra HTML və digər proqramlaşdırma dillərini öyrənib. Onun karyerasında dönüş nöqtəsi pandemiya dövrünə təsadüf edir. Həmin vaxt o, “Microsoft Teams” platformasında bir boşluq aşkarlayıb. Bu boşluq təhsil mühitində istənilən qrup üzərində tam nəzarət əldə etməyə imkan verirdi. Dilan bu barədə dərhal “Microsoft”a məlumat verib və nəticədə şirkət tədqiqatçıların təşviq proqramında yaş məhdudiyyətlərini dəyişib.

Bundan sonra Dilan “Microsoft Security Response Center” (MSRC) komandası ilə sıx əməkdaşlığa başlayıb. O, “Authenticator Broker” xidmətindəki boşluqlar da daxil olmaqla, bir çox kritik zəifliklərin müəyyən edilməsində mühüm rol oynayıb. MSRC nümayəndələri yeniyetmənin təkcə texniki biliklərini deyil, həm də onun ünsiyyət bacarıqlarını və məntiqli əsaslandırmalarını yüksək qiymətləndiriblər.

Hazırda Dilan MSRC-nin ən gənc iştirakçısı olaraq qalır. Təkcə ötən yay ərzində o, 20 zəiflik hesabatı göndərib ki, bu da əvvəlki illərlə müqayisədə onun aktivliyində ciddi artım deməkdir.

Paşa Məmmədli

Seçilən
3
50
valyuta.az

10Mənbələr