Rusiya Silahlı Qüvvələri Donetsk Xalq Respublikasında yerləşən Predteçino kəndinə nəzarəti tam ələ alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, kənd strateji baxımdan əhəmiyyətli mövqe tutur – Konstantinovka ilə Çasovoy Yar arasında yerləşir. Bu yaşayış məntəqəsinin ələ keçirilməsi həmin istiqamətdə hücum əməliyyatlarının genişləndirilməsi üçün şərait yaradır.
Xatırladaq ki, may ayının sonunda Rusiya bölmələri yaxınlıqdakı Stupoçki kəndinə nəzarəti təmin etmişdi. Bu isə Predteçinoya yaxınlaşmaq üçün imkan yaratmışdı.