AZ

Krımda Rusiyanın üç helikopteri vurulub

Krımda

İyunun 28-nə keçən gecə Ukrayna xüsusi xidmət orqanlarının Krımda keçirdiyi xüsusi əməliyyat nəticəsində Rusiyanın üç helikopteri məhv edilib.

Reyting.az
xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusların döyüş itkiləri ilə bağlı dərc etdiyi əməliyyat məlumatında, son 3 helikopter nəzərə alınmaqla, 340 helikopterin zərərləşdirildiyini bildirib.

Eyni zamanda rusların bir ədəd hava hücumundan müdafiə sistemi məhv edilib. Ümumilikdə isə 1190 ədəd belə sistem vurulub.

“Ümumilikdə, son 24 saat ərzində rus işğalçılarının itkiləri 1070 nəfər təşkil edib. Həmçinin, Ukrayna əsgərləri 4 tankı, 7 döyüş zirehli texnikasını, 29 artilleriya sistemini, iki reaktiv yaylım atəş sistemini, bir hava hücumundan müdafiə sistemini, 3 helikopteri zərərsizləşdirib”,- deyə Baş Qərrgah qeyd edib.

ELÇİN
Seçilən
38
4
reyting.az

10Mənbələr