AZ

Avropa çempionatı: iki güləşçimiz yarımfinalda

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, yarışın 5-cü günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar. Xalçaya çıxan güləşçilərimizdən ikisi yarımfinala vəsiqə qazanıb.

U-20 Avropa çempionatı
Sərbəst güləş
57 kq

Vasif Bağırov türkiyəli Nurettin Kapala (tuş) və macarıstanlı Karoli Barata (10:0) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Vasif yarımfinalda moldovalı Yon Bulqaru ilə güləşəcək.

65 kq
Hacı Kərimov italiyalı Alessandro Niniyə 4:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Lazare Qujaraidzeyə "tuş"la məğlub oldu.

70 kq
İsmayıl Rəhimli macarıstanlı Jozef Tota tam üstünlüklə (10:0) qalib gəlib. Lakin o, 1/8 finalda türkiyəli Remzi Temura 0:4 hesabıyla uduzub.

79 kq
Muradxan Omarov türkiyəli Huseyin Kabaktaşa 5:2 və ermənistanlı Narek Nikoqosyana 7:3 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Muradxan yarımfinalda avstriyalı Muxammad İnşapiyevlə qarşılaşacaq.

97 kq
Rəvan Musayev türkiyəli İbrahim Benekliyə 6:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Konstantin Petriaşviliyə 4:12 hesabıyla məğlub olub.

Yarımfinallar Bakı vaxtı ilə 18.45-də start götürəcək.

Seçilən
1
50
football-plus.az

10Mənbələr