AZ

İki güləşçimiz Avropa çempionatının finalına yüksəlib

Bakı. Trend:

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davamedir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, beşinci yarışgünündə sərbəst güləş üzrə mübarizəyə start verilib.

Vasif Bağırov (57 kq) türkiyəli Nurettin Kapala (tuş) vəmacarıstanlı Karoli Barata (10:0) vaxtından əvvəl qalib gələrəkyarımfinala yüksəlib. Vasif yarımfinalda moldovalı Yon Bulqaruya daheç bir şans tanımayıb – 8:1. Ardıcıl 2-ci dəfə qitə birinciliyininfinalına vəsiqə qazanan Bağırov sabah həlledici görüşdə gürcüstanlıNika Zanqaladzeylə güləşəcək.

Hacı Kərimov (65 kq) debütdə italiyalı Alessandro Ninini minimalfərqlə (4:3) üstələsə də, 1/4 finalda gürcüstanlı LazareQujaraidzeyə “tuş”la uduzub.

İsmayıl Rəhimli (70 kq) macarıstanlı Jozef Tota tam üstünlüklə(10:0) qalib gəlsə də, 1/8 finalda türkiyəli Remzi Temura məğlubolub – 0:4.

Muradxan Omarov (79 kq) türkiyəli Huseyin Kabaktaşa 5:2 vəermənistanlı Narek Nikoqosyana 7:3 hesabıyla qalib gələrəkyarımfinala adlayıb. Muradxan yarımfinalda avstriyalı Muxammadİnşapiyevi çətinlik çəkmədən məyus edib – 11:0. Omarov sabahfinalda gürcüstanlı Davit Çetçelaşviliylə qarşılaşacaq.

Rəvan Musayev (97 kq) türkiyəli İbrahim Beneklini (6:1)mübarizədən kənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı KonstantinPetriaşviliyə 4:12 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyiüçün Rəvan sabah təsəlliverici görüşdə macarıstanlı PeterŞivnovskiylə üz-üzə gələcək.

Seçilən
1
50
az.trend.az

10Mənbələr