AZ

Taxıl biçini yekunlaşıb

 Azərbaycanda taxıl biçini kampaniyası yekun mərhələyə keçib, sahələrdən 2,2 milyon tondan çox məhsul yığılıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Rəsmi məlumata görə, 61 rayonda aparılmış payızlıq taxıl əkini üzrə biçin işləri 20 rayonda tam başa çatıb. Bunlardan 16-sı buğda, 34-ü isə arpa biçini ilə bağlıdır.

İyulun 4-nə olan operativ məlumatlara əsasən, ölkə üzrə biçin prosesi 70,4% səviyyəsində tamamlanıb.

Ümumilikdə 2.213.592 ton taxıl yığılıb: 996.336 ton buğda və 1.217.227 ton arpa.

Orta məhsuldarlıq 33,8 sentner/hektar təşkil edir ki, bu da ötən illə müqayisədə 2 sentner/hektar çoxdur. Buğda üzrə məhsuldarlıq 36,7 sent/ha, arpa üzrə isə 31,8 sent/ha olub.

Nazirlik məhsuldarlığın artmasını düzgün toxum seçimi, vaxtında aparılan aqrotexniki tədbirlər və kombaynların koordinasiyalı fəaliyyətinə bağlayır. Hazırda biçin prosesi əsasən dağlıq və dağətəyi rayonlarda davam edir.

Biçin işlərində ümumilikdə 1.344 kombayn iştirak edir. Onlardan 475-i “Aqroservis” ASC-yə, 869-u isə özəl sektora məxsusdur. Biçin prosesinin optimal müddətdə tamamlanacağı gözlənilir.

Seçilən
3
30
anews.az

10Mənbələr