AZ

Azərbaycanda taxıl zəmilərinin 70 %-də biçin başa çatıb

Azərbaycanda taxıl sahələrinin 70,4 %-i biçilib, 2 213 592 ton taxıl, o cümlədən 996 336 ton buğda, 1 217 227 ton arpa yığılıb.

Bakues.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ölkə üzrə payızlıq taxıl əkini aparılmış 61 rayondan 20-də biçin tam yekunlaşıb, o cümlədən 16 rayonda buğda, 34 rayonda arpa biçini tam başa çatıb.

Taxıl üzrə ümumi məhsuldarlıq 33,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 sent/ha çoxdur. Orta məhsuldarlıq göstəricisi buğdada 36,7 sent/ha, arpada 31,8 sent/ha çatıb.

Hazırda taxıl biçini əsasən respublikanın dağlıq və dağətəyi rayonlarında aparılır. Biçin prosesində 1 344 kombayn iştirak edir. Bunlardan 475-i “Aqroservis” ASC-nin 869-u isə fiziki və hüquqi şəxslərin balansında olan kombaynlardır.

Seçilən
3
41
icma.az

10Mənbələr