Rostov vilayətində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində yeddi çoxmərtəbəli bina, 14 fərdi ev və 11 sosial obyekt zədələnib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə bölgənin qubernator əvəzi Yuri Slyusar Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, əsasən binaların pəncərələri sınıb, iki evdə dam örtüyünə və tikili konstruksiyalarına ciddi ziyan dəyib. Bundan başqa, məktəblərdə, uşaq bağçasında və idman obyektlərində də dağıntılar qeydə alınıb.
Slyusar bildirib ki, Millerovski rayonunun Dolotinka qəsəbəsində və Azov şəhərinin bəzi hissələrində fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Qubernator onu da əlavə edib ki, Şaxtı şəhərində 6 mindən çox sakinin elektrik təchizatı artıq bərpa olunub. Hadisə yerlərində operativ və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. O, sakinləri özlərini və yaxınlarını qorumağa çağırıb.