Samara, Ulyanovsk, Tambov və Kazan hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Samaradakı Kurumoç, Ulyanovskdakı Baratayevka və Tambovdakı Donskoye hava limanları, eləcə də Kazan hava gəmilərinin giriş-çıxışını müvəqqəti məhdudlaşdırıb. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako özünün Teleqram kanalında məlumat verib.
Oxşar tədbirlər daha əvvəl Penza hava limanında tətbiq edilmişdi.
Ötən gecə, Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri Rusiya regionları üzərində 18 pilotsuz uçan aparatı vurub. Hücum edilən bölgələr arasında: Rostov, Kursk, Bryansk. Gecə saatlarında Krım və Krasnodar diyarına da hücum edilib. Səhər saat 7-dən etibarən Voronej vilayəti üzərində daha dörd PUA vurulub.