AZ

Ucuz məhsul alarkən nələrə diqqət edilməlidir?

Market və digər satış yerlərində istehlakçılar daha çox ucuz məhsullara üstünlük verirlər. Bəzən isə məhsulun keyfiyyəti onun qiyməti ilə ölçülür. 

Lakin ucuz məhsul almağın arxasında duran riskləri və bu məhsulların keyfiyyəti ilə bağlı sualları da nəzərdən keçirmək vacibdir.

Bəzi ucuz məhsulların keyfiyyətsiz olmağına səbəb nədir və onların sağlamlığa ziyanı hansılardır?

Qida eksperti Asim Vəliyev Operativ Media-ya bildirib ki, alınan məhsulun etiketinə, tərkibinə, istehsalçı şirkətə və saxlanma şəraitinə diqqət yetirmək vacibdir:

“Ucuz məhsulların qiymətinin aşağı olması hər zaman keyfiyyətsizlik göstəricisi olmasa da, çox zaman belə məhsulların tərkibində istifadə edilən xammalın keyfiyyəti aşağı olur. Bu hal sağlamlıq üçün təhlükələr yarada bilər. 
Bəzi ucuz məhsullara daha çox süni qatqılar, ucuz ət əvəzediciləri, rəf ömrünü uzatmaq üçün zərərli konservantlar əlavə olunur. Bu maddələr uzun müddətdə istehlak etdikdə, qaraciyərə, böyrəklərə və həzm sisteminə mənfi təsir göstərir.
Xüsusilə küçə satışı, zirzəmidə istehsal olunan qeydiyyatsız məhsullar çox vaxt nəzarətsiz şəraitdə hazırlanır. Bu hal bakterioloji çirklənmə riskini artırır və zəhərlənməyə səbəb ola bilir. 
Bəzən marketlərdə və ya onlayn satışda son istifadə tarixinə az qalmış və ya artıq keçmiş məhsullar “endirim” kampaniyaları adı altında satışa çıxarılır. Bu cür məhsulların istifadəsi ciddi sağlamlıq riskləri daşıyır. Ət, kolbasa, süd, pendir kimi tez xarab olan məhsulların ucuz olması insanlarda şübhə yaradır. Bu onların ya zəif xammaldan hazırlandığını, ya da düzgün saxlanmadığını göstərə bilər. Belə olduğu təqdirdə salmonella, e.coli kimi təhlükəli mikroorqanizmlərin yayılmasına səbəb ola bilir”. 


Keyfiyyətsiz məhsulların sağlamlığa ziyanları:

•  Qida zəhərlənməsi;
•  Alergik reaksiyalar;
•  Dəri xəstəlikləri;
•  Zəhərli maddə təsiri;
•  Xroniki xəstəliklər; 
•  Yanğın və elektrik riski;
•  Görmə və tənəffüs problemləri və s.

Seçilən
9
30
operativmedia.az

10Mənbələr