Qaynarinfo-nun məlumatına görə, Agentliyin Respublika Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayonu Mərkəzinin sabiq rəisi Eldar Quliyev cinayət məhsuliyyətinə cəlb edilib. Onun Cinayət Məcələsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmdə baxılıb.
O, Mərkəzin rəisi vəzifəsində işləməklə öz qulluq mövqeyindən istifadə edərək Turqut Abdalov adlı şəxsi Aqrar Xidmətlər Agentliyinin Gədəbəy rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə baytar köməkçisi kimi işə düzəldəcəyi barədə yalan vədlər verib və zərərçəkmiş şəxsi buna inandıraraq 1500 manat pulua alıb. Eldar Quliyev eyni üsulla Elibəy adlı şəxsdən 3000 min, Əlişad adlı vətəndaşda 2500 manat almaqla dələduzluq edib.
Təqsirləndirilən şəxslə bağlı cinayət işi açıldıqdan sonra 2024-cü il 13 may tarixli müvafiq əmrlə Eldar Quliyev vəzifəsindən azad edilib.
1976-cı il təvəllüdlü təqsirləndirilən şəxs məhkəmədə qeyd edilən şəxsləri işə götürmək kimi bir səlahiyyəti olmadığını, pula ehtiyacı olduğuna görə zərərçəkmiş şəxslərdən qeyd edilən məbləğləri aldığını deyib. O, zərərçəkmiş şəxslərdən aldığı pulu mülaicəsi üçün sərf etdiyini bildirib. Həmçinin zərərçəkmişlərə dəymiş zərərin tam olaraq ödənildiyini və barışıq əldə olunduğunu bildirib.
10Mənbələr
-
azpost.infoSabiq rəis elektron qolbaqda gəzəcək ( 18959773)
-
milli.azSabiq rəis elektron qolbaqda gəzəcək ( 18956092)
-
far.azSabiq rəis elektron qolbaqda gəzəcək ( 18952897)
-
demokrat.azSabiq rəis elektron qolbaqda gəzəcək ( 18950881)
-
qaynarinfo.azSabiq rəis elektron qolbaqda gəzəcək ( 18949618)
-
yenisabah.azŞəmkirdə müəllimi qaçıran şəxslərə elektron qolbaq taxıldı ( 18882367)
-
pravda.azŞəmkirdə müəllimi qaçıran şəxslərə elektron qolbaq taxıldı ( 18881650)
-
pravda.azŞəmkirdə müəllimi qaçıran şəxslərə elektron qolbaq taxıldı ( 18881596)
-
milli.azKənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar ( 18870712)
-
far.azKənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar ( 18866908)