AZ

Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

ABŞ-nın müstəqillik günündən bir gün əvvəl Fransada divara çəkilmiş təəccüblü şəkil beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurub.Reyting.az xəbər verir ki, rəssamlarının çəkdiyi şəkildə ABŞ-nın simvolu olan Azadlıq heykəlinin təsviri görənləri heyrətə gətirib.Paris küçələrində ortaya çıxan bu güclü görüntü qısa zamanda sosial mediada trendə çevrilib. Bir çox istifadəçi Azadlıq heykəlinin təsvirini bu şəkildə “Amerika təmsil etdiyi dəyərlərdən uzaqlaşıb”,- kimi simvolik tənqid kimi şərh edib. Heykəlin klassik görkəmi əvəzinə üzünü əlləri ilə örtən fiqurun seçilməsi həm diqqəti cəlb edən, həm də düşündürücü olub.Məlumata görə, rəssamlar əsəri xüsusi olaraq iyulun 4-nə qədər hazırlayıblar. Bu zamanlama, seçilmiş fiqur və divarın yeri bütün detalların şüurlu seçimlə formalaşdığını göstərir. Vizual ABŞ-nın son dövrlərdə daxili və xarici siyasətdə atdığı mübahisəli addımlara “səssiz etiraz” kimi qiymətləndirilir.Bəzi şərhçilər azadlığın simvolu olan rəsm əsərini “utanc və məyusluq” mövzusunda qiymətləndirsələr də, bəziləri bunun ABŞ-nın qlobal mövqeyi və demokratiya qavrayışı ilə bağlı xəbərdarlıq olduğunu iddia edirlər.Xatırladaq ki, ABŞ-da müstəqillik günü hər il iyulun 4-də qeyd olunur və 1776-cı ildə ABŞ-nın İngiltərədən rəsmi şəkildə ayrılmasını simvolizə edir. Həmin gün 13 koloniyanın nümayəndələri Filadelfiyada toplaşaraq Müstəqillik Bəyannaməsini imzalayıb, yeni bir millətin doğulduğunu bəyan ediblər. Bu gün ölkə daxilində atəşfəşanlıq nümayişləri, paradlar, konsertlər və müxtəlif tədbirlərlə qeyd olunur.V. QULİYEV Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
50
reyting.az

10Mənbələr