AZ

ABŞ qoşunlarını Avropadan çıxaracaqlar

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

ABŞ-nın Avropadakı NATO müttəfiqləri qitədə Amerika qoşunlarının mövcudluğunun mümkün azaldılmasına hazırlıqlara başlayıblar. Reyting.az xəbər verir ki, bu barədə “Euractiv” Avropa rəsmilərinə istinadla yazıb.Bildirilir ki, əsas problem ABŞ prezidenti Donald Tramp administrasiyasının NATO planları ilə bağlı dəqiq təfərrüatlar verməməsidir.Qeyd olunur ki, bir çox avropalı NATO müttəfiqləri Trampın Avropada cəmləşmiş Amerika qoşunlarının sayını azaldacağına əmindir. Rəsmilərin fikrincə, onlar çox güman ki, Asiya və Yaxın Şərqə yönləndiriləcəklər.NATO-nun hərbi planlayıcıları hələ nə qədər Amerika əsgərinin çıxarılacağını, bunun nə vaxt baş verəcəyini və Avropa qüvvələrinin Amerika əsgərlərini necə əvəz edəcəyini bilmirlər.NATO rəsmilərindən biri jurnalistlərə deyib: “Məsələ Amerika qoşunlarının sayında azalma olub-olmayacağında deyil, bunun Alyansın mövcud müdafiə planlarına xələl gətirmədən nə dərəcədə nizamlı şəkildə həyata keçirilə biləcəyidir”.Nəşr yazır ki, NATO-nun şərq cinahı ən çox Amerika qoşunlarının Avropadan çıxarılmasından narahatdır. Bu, Alyansın digər üzvlərindən gücləndirmə tələblərinə səbəb ola bilər.Bundan əlavə, nəşr hesab edir ki, ABŞ-nın qitədən çıxması Amerikanın Almaniya və İtaliyadakı əsas hərbi bazalarına təsir göstərə bilər. Onlar Vaşinqtonun qitədəki qabaqcıl hərbi əməliyyatlarına dəstək üçün əsasdır.Xatırlanır ki, Alyansın sammiti ərəfəsində ABŞ-nın NATO-dakı səfiri Metyu Uitaker yazın sonu və ya payızın əvvəlində Pentaqonun Amerika qoşunlarının Avropada yerləşdirilməsi ilə bağlı qiymətləndirməsinin başa çatacağını bildirib. Onun sözlərinə görə, istənilən dəyişiklik müttəfiqlərlə sıx koordinasiya şəraitində baş verəcək.Bundan əvvəl ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib ki, dövlətlər NATO ilə əməkdaşlığı dayandıra bilər. Onun sözlərinə görə, Alyansın müttəfiqləri müdafiə xərclərini ÜDM-nin 5 faizinə qədər artırmasa, Vaşinqton belə bir addım ata bilər.Tramp qeyd edib ki, NATO-ya etimad vacibdir, lakin tərəfdaşlar razılaşmalara əməl etmədiyi təqdirdə zəmanətlər olmalıdır.E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
50
reyting.az

10Mənbələr