“Araz-Naxçıvan”a keçdiyimə görə şadam və həvəslə futbol mövsümünün başlanmasını gözləyirəm. Komandanın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını edəcəm".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın yeni transferi Hamidu Keyta klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Fransalı yarımmüdafiəçi Naxçıvan təmsilçisinə keçməsində əsas məqsədini açıqlayıb: "Bura komandaya kömək etmək, qələbələr qazanmaq üçün gəlmişəm. “Araz-Naxçıvan” ötən mövsüm yaxşı nəticələr qazandı. Komandanın üçüncü yeri tutması, UEFA Konfrans Liqasına vəsiqə qazanması yaxşı işlərin nəticəsidir. Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir. Üstəlik, komandada kifayət qədər tanıdığım futbolçular yer alıb".

Keyta UEFA Konfrans Liqasının ikinci mərhələsindəki rəqib barədə də fikirlərini bölüşüb: "Bizim üçün əsas sınaq “Aris”lə matçla başlayacaq. Bu görüşü final oyunu da adlandırmaq olar. Bilirik ki, yaxşı bir kollektivə qarşı mübarizə aparacağıq. Rəqibi düzgün analiz edəcəyik və yaxşı hazırlaşacağıq. Bunun üçün vaxtımız var. Transferlərimiz də komandanı gücləndirəcək oyunçulardır”.