Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiya vətəndaşlığından çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın "Mash" "Telegram" kanalı məlumat yayıb.
Onun yaxın vaxtlarda deportasiya olunacağı bildirilir.
Qeyd olunub ki, Elşən İbrahimovölkədə olma qaydalarını pozduğuna görə saxlanılıb.
Jurnalistlər hadisəni nə ilə əlaqələndirdiyini soruşduqda isə, İbrahimov vətənə qayıdandan sonra bütün şərhləri verəcəyini bildirib.