Bakı. Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən Elmvə Təhsil Nazirliyi (ETN) və Dövlət İmtahan Mərkəzinin (DİM) təqdimetdiyi məlumat bazaları əsasında məlumatların dürüstləşdirilməsiprosesi həyata keçirilib.
Trend bubarədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyavə Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu təşəbbüs, dövlət informasiya sistemlərindəkiməlumat kirliliyinin aradan qaldırılması, rəqəmsal xidmətlərindəqiqliyinin artırılması və vətəndaşlara daha etibarlı və düzgüntəhsil məlumatlarının təqdim olunması məqsədini daşıyır. Rəqəmsalİnkişaf Konsepsiyasının Tədbirlər Planının 1.1.4-cü bəndinə uyğunolaraq, ilkin mərhələdə son 15 ilə aid diplom məlumatlarınındürüstləşdirilməsi istiqamətində İRİA-nın iştirakı iləgenişmiqyaslı texniki və analitik işlər həyata keçirilir.
Növbəti mərhələdə əsas hədəf bütün mövcud diplom məlumatlarınınmərhələli şəkildə dürüstləşdirilməsidir ki, bu istiqamətdə dəhazırda planlaşdırma işləri aparılır.
Dürüstləşdirmə prosesi – yəni dövlət qurumları tərəfindənsaxlanılan məlumatların reallığa uyğunluğunun yoxlanılması,qeyri-dəqiq və ya təkrar məlumatların ayırd edilməsi və onlarınetibarlı mənbələrlə dəqiqləşdirilməsi – bu layihənin əsashissəsidir.