Olaylar.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranı tərk etdiyini açıqlayıb. Agentliyin verdiyi məlumata görə, təşkilatın mütəxəssis qrupu iyulun 4-də Tehrandan təhlükəsiz şəkildə ayrılaraq Vyanadakı qərargaha geri dönüb. Mütəxəssislərin son hərbi qarşıdurma dövründə İranda olduğu bildirilir. MAQATE rəhbəri Rafael Qrossi İranla nüvə proqramının monitorinqi və yoxlanmasının bərpası məqsədilə danışıqların aparılmasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, İslam Respublikasının nüvə fəaliyyətlərinə dair beynəlxalq nəzarətin zəifləməsi son aylarda beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31