AZ

Qeysəriyyə əməliyyatı uşaqlarda xərçəng riskini artırır - Araşdırma

Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda qan xərçənginin ən çox yayılmış forması olan kəskin limfoblastik leykemiya (ALL) inkişaf riski artır. 

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Xərçəng Jurnalı (IJC) məqalə dərc edib.

Bununla bağlı İsveçin Karolinska İnstitutunun alimləri 1982-1989 və 1999-2015-ci illər arasında doğulan 2,5 milyona yaxın uşaq haqqında məlumatları təhlil ediblər. Onların 15,5 faizi (təxminən 376 000) qeysəriyyə əməliyyatı ilə doğulub. Bu qrupdan ümumilikdə 1495 uşağa leykoz diaqnozu qoyulub.

Belə ki, bu uşaqlarda ALL-nin inkişaf riski təbii yolla doğulan uşaqlarla müqayisədə 21% yüksək çıxıb. Eyni zamanda, ən çox yayılmış növün - B hüceyrəli kəskin limfoblastik leykemiyanın (B-ALL) riski 29% artıb.

Tədqiqatçılar planlı və təcili keysəriyyə arasındakı fərqin immunoloji mexanizmlərlə izah oluna biləcəyini təklif edirlər. Təcili keysəriyyə ilə qadın adətən artıq doğuşda olur və körpə fizioloji stress yaşayır və doğum kanalının mikroflorası ilə də təmasda ola bilər.

Tədqiqatçıların hesablamalarına görə, İsveçdə hər il 50-70 yeni B-ALL hadisəsi diaqnozu qoyulur.

Gülşən Şərif
 

Seçilən
6
50
bakivaxti.az

10Mənbələr