AZ

Xərçəng riski daşıyan 6 peşə AÇIQLANDI

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bəzi peşə sahibləri sidik kisəsi xərçəngi baxımından digərlərinə nisbətən daha yüksək risk altındadır.

Redaktor.az xəbər verir ki, Böyük Britaniyada yayımlanan The Mirror nəşrində yer alan məlumata görə, aparılan tədqiqatlar və sendika nümayəndələrinin açıqlamalarına əsasən, son 3 ildə bu xərçəng növünə tutulan işçilərin təxminən 6 faizi iş yerində kanserogen maddələrə məruz qalmış şəxslərdir.

Risk daşıyan peşələr bunlardır: Səhiyyə işçiləri, sürücülər, təmizlik işçiləri, boyacılar, bərbərlər (saç ustaları), qida istehsalı sahəsində çalışanlar.

"Cancer Research UK"nin məlumatına görə, Böyük Britaniyada hər il təxminən 10 min 500 yeni sidik kisəsi xərçəngi halı qeydə alınır. Bu da gündə ortalama 29 yeni hadisə deməkdir. Bu xərçəng növü kişilər arasında ən çox rast gəlinən yeddinci, qadınlar arasında isə on yeddinci sıradadır.

Xəstəlik hər il təxminən 5 min 600 insanın ölümünə səbəb olur və bu göstərici ilə xərçəngdən ölüm hallarının siyahısında doqquzuncu yerdə dayanır.

Xəstəlik erkən mərhələdə, yəni sidik kisəsinin divarına yayılmamış vəziyyətdə aşkarlanarsa, müalicə şansı yüksək olur. İdrar analizi, ultrasəs, kompüter tomoqrafiyası və sistoskopiya ilə diaqnoz qoymaq mümkündür. Müalicə isə endoskopik üsullarla və ya birbaşa sidik kisəsinə tətbiq olunan dərmanlarla aparılır.

Ən çox rast gəlinən əlamət: Ağrısız şəkildə sidikdə qan, tez-tez sidiyə çıxmaq, sidik ifrazı zamanı yanma və ya batma, qasıq və bel nahiyəsində ağrı, sümük ağrıları, ayaqlarda şişkinlik, istəksiz kilo itkisi

Risk faktorları arasında ilk sırada siqaret var: NTV-nin məlumatına görə, İngiltərədə sidik kisəsi xərçəngi hallarının təxminən 45%-i siqaret istifadəsi ilə bağlıdır. Digər səbəblər arasında isə kimyəvi boya maddələri, kauçuk və metal işləmə tüstüləri yer alır. Həmçinin yaşlanma, xroniki sidik kisəsi infeksiyaları, çanaq bölgəsinə radiasiya və bəzi nadir genetik sindromlar da riski artırır.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
6
redaktor.az

10Mənbələr