AZ

Sosial müavinətlərin və təqaüdlərin maliyyələşməsinə ayrılan vəsaitin həcmi 5 dəfə artıb - Nazir

Bakı. Trend:

Son illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyatakeçirilib və bu islahatlar 4 milyon vətəndaşı əhatə edib.

Trend xəbərverir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri AnarƏliyev beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsindəçıxış edərkən deyib.

O bildirib ki, nəticədə, bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə,minimum pensiya 2,9 dəfə artırılıb.

"Ölkə üzrə orta pensiya və orta əmək haqqı məbləğlərindəəhəmiyyətli artımlar müşahidə olunmuşdur. Sosial müavinətlərin vətəqaüdlərin maliyyələşməsinə ayrılan vəsaitin həcmi isə 5 dəfəartaraq 400 milyon manatdan 1.9 milyard manata çatmış, ÜDSY-ininorta məbləği 2,5 dəfə, yaşayış minimumu 65%, ehtiyac meyarı isə 2,2dəfə artmışdır ki, bu da sosial dəstəyin real miqyasını göstərir"-deyə o əlavə edib.

Seçilən
5
14
az.trend.az

10Mənbələr