AZ

KOB subyektlərinin 30 layihəsinə 500 min manatdan çox qrant ayrılacaq

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilən 7-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, müsabiqəyə təqdim edilən layihələrdən 30-na ümumilikdə 500 min manatdan çox qrant vəsaitinin ayrılması barədə qərar qəbul olunub.

Qalib layihələr kənd təsərrüfatı, sənaye, alternativ enerji, ətraf mühitin qorunması, xidmət, təhsil, maliyyə və s. kimi sektorlarda yeni məhsul və xidmətlərin, rəqəmsal həllərin yaradılması və təkmilləşdirilməsini, tədqiqatların aparılmasını və digər istiqamətləri nəzərdə tutur.

Müsabiqəyə KOB subyektləri tərəfindən 287 layihə təqdim edilib. Layihələrin 89-u hüquqi, 198-i fiziki şəxslərə, o cümlədən 275-i mikro, 12-i kiçik sahibkarlıq subyektlərinə məxsus olub.

Təqdim olunan layihələrdən 85-i təhsil, 24-ü elm, 48-i tədqiqat, 130-u dəstək layihələridir.

Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldə etmək olar: https://smb.gov.az/az/nav/qrant

Seçilən
7
31
vergiler.az

10Mənbələr