AZ

KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 7-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb (FOTO)

Bakı. Trend:

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm,tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elanedilmiş 7-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb. Kiçik vəOrta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmişmüsabiqəyə təqdim edilmiş layihələrdən 30-na ümumilikdə 500 minmanatdan çox qrant vəsaitinin ayrılması barədə qərar qəbulolunub.

Qalib layihələr kənd təsərrüfatı, sənaye, alternativ enerji,ətraf mühitin qorunması, xidmət, təhsil, maliyyə və s. kimisektorlarda yeni məhsul və xidmətlərin, rəqəmsal həllərinyaradılması və təkmilləşdirilməsini, tədqiqatların aparılmasını vədigər istiqamətləri nəzərdə tutur.

Layihələrin ekspertizası məqsədilə yaradılmış EkspertKomissiyasının bu gün keçirilmiş iclasında qeyd edilib ki, 7-ciqrant müsabiqəsinə KOB subyektləri tərəfindən 287 layihə təqdimedilib. KOB subyektlərinə məxsus layihələrin 89-u hüquqi, 198-ifiziki şəxslərə, o cümlədən 275-i mikro, 12-i kiçik sahibkarlıqsubyektlərinə məxsus olub. Müsabiqəyə təqdim olunmuş layihələrdən85-i təhsil, 24-ü elm, 48-i tədqiqat, 130-u dəstəklayihələridir.

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinintəhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsiüçün elan edilmiş 7-cı qrant müsabiqəsinə sənəd qəbulu 15 aprel –14 may 2025-ci il tarixlərində, layihələrin ekspertizası vəqiymətləndirilməsi isə 16 may 2025-ci il – 16 iyun 2025-ci iltarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindənlayihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlarauyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafınatəsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktikiməqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımitəcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimiamillər əsas götürülüb. Qalib layihələrin hər birinə maksimum 20min manata qədər maliyyə vəsaiti ayrılacaqdır.

Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldəetmək olar: https://smb.gov.az/az/nav/qrant

KOB
Seçilən
6
32
az.trend.az

10Mənbələr