AZ

"Moody’s" “Cənub Qaz Dəhlizi” QSC-yə investisiya reytinqi verib

Beynəlxalq reytinq agentliyi "Moody’s", “Cənub Qaz Dəhlizi” QSC-nin xarici valyutada olan kredit reytinqini "Ba1" səviyyəsindən "Baa3" səviyyəsinə qaldıraraq, şirkətə investisiya reytinqi verib.

"Report" xəbər verir ki, bu barədə agentliyin Azərbaycanla bağlı yeni reytinq açıqlamasında bildirilir. Reytinq üzrə proqnoz “müsbət” olaraq təsdiqlənib.

"Moody’s" qeyd edir ki, reytinqin artırılması qərarı şirkətin maliyyə dayanıqlığının möhkəmlənməsi, dövlət dəstəyinin yüksək səviyyəsi və layihənin regional enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini əks etdirir.

“Cənub Qaz Dəhlizi” QSC-nin reytinqi, Azərbaycanın suveren kredit reytinqinin "Ba1" səviyyəsindən "Baa3"ə yüksəldilməsi ilə eyni gündə baş verib. "Moody’s" ilk dəfə olaraq Azərbaycana investisiya reytinqi verib. Reytinq üzrə proqnoz "müsbət" olaraq saxlanılıb.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti 2014-cü ildə Prezidentin sərəncamı ilə yaradılıb. Şirkətdə 49 % pay İqtisadiyyat Nazirliyinə, 51 % isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. QSC dövlətin “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələrinin reallaşdırılması üzrə maraqlarının konsolidasiyası, idarə olunması və maliyyələşdirilməsi məqsədilə yaradılıb.

Seçilən
13
17
report.az

10Mənbələr